Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94735
az

Suriyada ərəblərlə kürdlər arasında şiddətli döyüşlər gedir

23:2802 Sentyabr, 2023
180
DÜNYA
  • A

Kürd birləşmələri Suriyanın şimal-şərqində onlara qarşı qiyam qaldıran ərəb qəbilələrinə qarşı hərbi əməliyyata başlayıb.

Oxu24.com xəbər verir ki,bu barədə Fırat agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, kürdlər Deyr əz-Zor əyalətinin ərəb silahlı birləşmələrinin əlində olan Əl-Buseyra və Əş-Şəhil şəhərlərinə doğru irəliləyirlər. Kürd komandanlığının sözçüsü Mahmud Həbib bildirib ki, əməliyyat əyalət sakinlərinin onları “muzdluların silahlı dəstələri”ndən qorumaq üçün “tələblərinə” cavab olaraq həyata keçirilir və regionda təhlükəsizlik və sabitlik bərpa olunana qədər davam edəcək.

Əl Hədəs telekanalı Suriya ordusunun tərəfində döyüşən iranpərəst qüvvələrin dəstəklədiyi ərəb qəbilə silahlılarının Fərat çayının şərq sahilində Deyr əz-Zor şəhərindən İraqla sərhədə qədər olan əraziləri nəzarətə götürdüyünü bildirib. Onlar həmçinin Amerika hərbi bazasının yerləşdiyi El Ömər neft yatağına gedən magistral yolu kəsiblər.

Telekanalın məlumatına görə, yerli tayfaların dəstələri ilə kürd birləşmələri arasında toqquşmalar avqustun 27-də başlayıb. Onların gedişində hər iki tərəf itki verdi.

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

HƏMAS dörd israilli girovu azad etdi
Tramp Ukraynaya cavabdeh olanları niyə işdən çıxardı? -Radadan CAVAB
Trampdan ukraynalılarla bağlı qərar: Onların ABŞ-a girişi QADAĞAN OLUNUR

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı