Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94734
az

İraqda kürdlər və ərəblər qarşıdurma yaşanıb

23:2302 Sentyabr, 2023
186
DÜNYA
  • A

İraqın baş naziri Məhəmməd Şia əs-Sudani təhlükəsizlik qüvvələrinə əvvəllər komendant saatı tətbiq edilən Kərkükdə iğtişaşçılara qarşı əməliyyata başlamaq barədə göstəriş verib.

Oxu24.com xəbər verir ki,Bu barədə “Anadolu” baş nazirin mətbuat katibinə istinadən xəbər verir.

Onun sözlərinə görə, Kürdüstan Demokrat Partiyasının (KDP) tərəfdarlarının etirazlarının davam etdiyi Kərkükdə komendant saatı əl-Sudaninin təşəbbüsü ilə tətbiq edilib. O, təhlükəsizlik qüvvələrini Kərkükdə asayişi təmin etməyə və iğtişaşçılara qarşı əməliyyat keçirməyə çağırıb, iğtişaşlarda və qanun pozuntularında iştirak edəcək hər kəsin saxlanılması barədə göstəriş verib.

Kərkükdə komendant saatı Kürdüstan Demokrat Partiyasının (KDP) Ərbil-Kərkük yolunun açılmasını tələb edən qruplaşmasının etirazları fonunda baş verib. Etirazçılar partiyanın 2017-ci ilə qədər istifadə etdiyi binanın KDP-yə qaytarılmasını tələb edirlər. Yerli sakinlər, xüsusən də ərəblər və türkmənlər bu qərara qarşı çıxıblar.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Ukraynaya cavabdeh olanları niyə işdən çıxardı? -Radadan CAVAB
Trampdan ukraynalılarla bağlı qərar: Onların ABŞ-a girişi QADAĞAN OLUNUR
733 min məktəbli ABŞ-dan deportasiya oluna bilər

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı