Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev bir neçə naziri vəzifədən azad edib və ya yenidən bölüşdürüb.
Oxu24.com xəbər verir ki,müvafiq qərarlar dövlət başçısının internet saytında dərc olunub.
Sənədlərə əsasən, sənaye və infrastrukturun inkişafı naziri Marat Karabayev bir gün əvvəl yaradılan Nəqliyyat Nazirliyinə rəhbər təyin edilib, Arman Şakəliyev isə ticarət naziri olub. Turizm Nazirliyinin rəhbəri vəzifəsini Ermek Marjikpaev, mədəniyyət və informasiya naziri isə Aida Balaeva tutub.
Sentyabrın 1-də Tokayev dövlət başçısının administrasiyasının strukturunun yenidən təşkili haqqında fərman imzalayıb. Sənədə əsasən, prezident administrasiyası rəhbərinin müavinləri vəzifələri ləğv edilir.
Yenilənmiş struktura prezident administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, aparat rəhbəri, prezidentin köməkçiləri, müşavirləri, həmçinin prezident administrasiyasının şöbələri daxil olacaq.
Avqustun 26-da Qazaxıstan prezidentinin hökumətə Qırğızıstanla sərhəddə nəzarət-buraxılış məntəqələrində yaranmış vəziyyəti həll etməyi tapşırdığı bildirilib. Avqustun 24-də Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi Qazaxıstanın nəzarət və yoxlama tədbirlərini gücləndirərək Avrasiya İqtisadi İttifaqı (EAEU) daxilində malların hərəkət azadlığını məhdudlaşdırdığını açıqlayıb.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR