Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94730
az

Qabon dövlət çevrilişindən sonra ilk dəfə sərhədləri açıb

22:1202 Sentyabr, 2023
189
DÜNYA
  • A

Qabonun Keçid və Qurumların Bərpası Komitəsinin (CTRI) nümayəndəsi polkovnik Ulrix Manfumbi dövlət televiziyası ilə respublikanın sərhədlərinin açıldığını elan edib.

Oxu24.com xəbər verir ki,bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat yayıb.

Materialda bildirilir ki, hərbçilər sentyabrın 2-dən hakimiyyəti ələ keçirərək ölkənin quru və hava sərhədlərini açıblar. Nəşr, bu qərarın dəniz sərhədlərinə də şamil edildiyini açıqlayıb.

Eyni zamanda Manfumbi qeyd edib ki, məhdudiyyətlərin aradan qaldırılması dərhal qüvvəyə minməlidir. Onun sözlərinə görə, bu yolla CTRI “beynəlxalq öhdəlikləri yerinə yetirmək üçün güclü istək” nümayiş etdirmək və digər ölkələrlə yaxşı münasibətlər saxlamaq istəyir.

Qabonun dövlət sərhədləri avqustun 30-da səhər saatlarında bir qrup yüksək rütbəli zabitin prezident seçkilərinin nəticələrinin ləğv edildiyini və dövlət qurumlarının buraxıldığını elan etməsindən sonra bağlanıb. Ölkənin əsas telekanalı olan Qabon 24-ün efirində onlar hakimiyyəti öz əllərinə aldıqlarını bəyan ediblər.

Hərbçilər bu qərarı avqustun 26-da keçirilən prezident seçkilərinin nəticələrinə inamsızlıqla izah ediblər. Qabon MSK-nın məlumatına görə, seçicilərin 64%-i hazırkı prezident Əli ben Bonqo Ondimbaya səs verib. Bunun sayəsində o, üçüncü dəfə müvafiq posta oturdu, bundan sonra müxalifət hakimiyyəti seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham etdi.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp və Putin mütləq görüşəcəklər
Dəməşqdə məsciddə izdiham -Ölənlər var
Kaliforniyada yanğınsöndürən təyyarə ilə     dron     toqquşdu

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib