Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94729
az

Kanada Ukraynada korrupsiyaya qarşı mübarizəni gücləndirmək planlarını açıqlayıb

21:3902 Sentyabr, 2023
161
DÜNYA
  • A

Kanadanın Kiyevdəki səfiri Natalka Tsmok bildirib ki, Kanada hökuməti Ukraynada antikorrupsiya layihələrində iştirakını gücləndirmək niyyətindədir.

Oxu24.com xəbər verir ki,bu barədə CBC məlumat yayıb.

Diplomatın sözlərinə görə, Ottava ukraynalı hakim və auditorların hazırlanmasına başlaya bilər.

Tsmok qeyd edib ki, ukraynalılar antikorrupsiya islahatlarını çox vacib hesab edirlər və bilirlər ki, bu, Avropa İttifaqına daxil olmaq üçün şərtlərdən biridir.

Səfir həmçinin qeyd edib ki, Ottava oktyabr ayına qədər Kiyevdəki səfirliyini 22 diplomatla təmin etmək niyyətindədir. Onlar həmçinin qadınları siyasətə və biznesə cəlb etmək, minalardan təmizləmə layihələrini maliyyələşdirəcəklər.

Bundan əvvəl Kanadanın baş naziri Castin Trüdo Ukraynanın uğursuz əks-hücumunun fonunda Kiyevə lazım olan qədər kömək edəcəyinə söz vermişdi.

Avqustun ortalarında Ukrayna Milli Antikorrupsiya Bürosunun direktoru Semyon Krivonos ölkədə müdafiə, gömrük və məhkəmə sistemlərində korrupsiya cinayətlərinin sayının artdığını bəyan edib.

Avqustun 8-də Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi ictimai təşkilatı bildirib ki, Ukrayna Müdafiə Nazirliyi hələ alınmamış silahların alınması üçün 27 milyard qrivna (730,7 milyon dollar) köçürüb.

 

Müəllif:Nigar 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp və Putin mütləq görüşəcəklər
Dəməşqdə məsciddə izdiham -Ölənlər var
Kaliforniyada yanğınsöndürən təyyarə ilə     dron     toqquşdu

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib