Nyu-Meksiko ştatının keçmiş qubernatoru, Prezident Bill Klintonun dövründə enerji naziri və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifələrində çalışmış Bill Riçardson 75 yaşında vəfat edib.
Oxu24.com xəbər verir ki,bu barədə CNN məlumat yayıb.
Siyasətçi məhbuslarla bağlı Rusiya ilə də əlaqə saxlayıb. MSNBC-nin məlumatına görə, keçmişdə o, Rusiya həbsxanalarında olan ABŞ vətəndaşlarının azad edilməsi ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfər edib. 2023-cü ilin avqustunda bir neçə Demokrat senator Riçardsonun Nobel Sülh Mükafatına namizədliyini irəli sürdü.
Diplomat siyasi karyerasına Massaçusets ştatının keçmiş nümayəndəsi Frank Bradford Morsenin köməkçisi kimi başlayıb, sonra 1970-ci illərdə ABŞ Dövlət Departamentinin və Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olub.
O, ilk dəfə 1983-cü ildə Nyu Meksiko ştatının üçüncü dairəsini təmsil edərək ABŞ Nümayəndələr Palatasına seçilib. Riçardson daha sonra 2002-ci ildə Nyu Meksiko qubernatoru seçilməzdən əvvəl ABŞ-ın BMT-dəki səfiri və energetika naziri vəzifələrində çalışıb. O, 2011-ci ildə vəzifəsini tərk etməzdən əvvəl iki müddət işlədi.
Müəllif:Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR