Nigerin paytaxtı Niamey şəhərinin məhkəməsi akkreditasiyadan məhrum edilməsi və Fransa səfiri Silvain İttenin ölkədən çıxarılması barədə qərar qəbul edib.
Oxu24.com xəbər verir ki,Bu barədə Niger Press Agentliyi məlumat yayıb.
"O (İtte) dərhal ölkə ərazisini tərk etməlidir", - məhkəmə qərarında deyilir.
Nəşr qeyd edir ki, bu qərar həmin şəxsin artıq diplomat olmaması və Nigerdə daimi yaşamaq icazəsinin olmaması səbəbindən verilib.
Agentliyin məlumatına görə, diplomatik nümayəndəliyin əməkdaşına qarşı iddia Niger hakimiyyəti tərəfindən qaldırılıb.
Bundan əvvəl Fransanın Nigerdəki səfiri diplomatik toxunulmazlığından məhrum edilib.
Bundan əvvəl Nigerdə çevriliş edən hərbçilərin sentyabrın 3-dək bütün fransız qoşunlarının ölkədən çıxarılmasını tələb etdiyi bildirilirdi. “Vətənin Müdafiəsi üzrə Milli Şura”nın nümayəndəsi bildirib ki, fransız qoşunlarının Nigerdən çıxarılması üçün nəzərdə tutulmuş 30 günlük müddət sentyabrın 3-də başa çatır və fransız əsgərləri həmin tarixə qədər ölkəni tamamilə tərk etməlidirlər. Telekanalın əldə etdiyi məlumata görə, yeni hökumətin tərəfdarları həftənin sonuna qədər Nigerdə fransız hərbçilərinin olmasına qarşı müddətsiz etiraz aksiyası keçirməyə hazırlaşırlar.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR