Sankt-Peterburqun Vıborqski rayonunda baş verən yanğın nəticəsində bir nəfər ölüb.
Oxu24.com xəbər verir ki,bu barədə 78.ru Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə istinadən məlumat yayıb.
"Üç otaqlı mənzildə 43 kv.m sahədə yanar şərait yaranıb. Yanğın saat 18:05-də söndürülüb. Nəticədə 1 nəfər ölüb", - məlumatda deyilir.
Qeyd olunur ki, dörd texnikanın dəstəyi ilə hadisə yerində 17 xilasedici çalışıb.
Nəşrin məlumatına görə, mənzilin kirayəçiləri spirtli içkilərdən sui-istifadə ediblər. Hazırda hadisənin səbəbləri araşdırılır.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR