Ukrayna Birləşmiş Qüvvələrinin komandanı Serhiy Naev Kiyev vilayətində Rusiyaya məxsus raketin vurulmasını əks etdirən videonu nümayiş etdirib.
Oxu24.com xəbər verir ki,Amerikanın “Stinger” portativ zenit-raket kompleksindən ona atəş açılıb.
“Mən Kiyev istiqamətində fəaliyyət göstərən hava hücumundan müdafiə mobil atəş qrupunun şəxsi heyəti ilə görüşdüm. Məhz bu əsgərlər bu yaxınlarda “Stinger” portativ zenit-raket kompleksindən qanadlı raketi vurublar. Onun vurulmasının nəticələri həm mülki əhali, həm də kritik infrastruktur üçün dəhşətli olacaq”, - deyə Naev bildirib.
Birləşmiş Qüvvələr komandirinin sözlərinə görə, söhbət avqustun 30-na keçən gecə Kiyevə edilən sonuncu raket hücumundan gedir.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR