Argentinalı məşhur model, aparıcı və realiti-şou aktrisası Silvina Luna 43 yaşında uğursuz plastik əməliyyatdan yaranan fəsadlar səbəbindən vəfat edib.
Oxu24.com xəbər verir ki,bu barədə “Buenos Aires Times” qəzeti yazır.
Luna 79 gün qaldığı Buenos-Ayresdəki xəstəxanada avqustun 31-də vəfat edib.
O, iyunun 13-də kəskin böyrək çatışmazlığına səbəb olan hiperkalsemiya ilə xəstəxanaya daxil olub. Ulduzun böyrək transplantasiyasına ehtiyacı var idi və sağ qalmaq üçün həftədə üç dəfə dializ seansı keçirdi. Bədəninin mübarizə apara bilmədiyi bakteriyaların meydana çıxması transplantasiyanın qarşısını aldı.
Qadının səhhətində problemlər hələ 2010-cu ildə aparılan uğursuz plastik əməliyyat nəticəsində başlayıb.
Vəziyyəti koronavirusdan sonra yaranan fəsadlar daha da ağırlaşdırıb.
Onu xilas etməyin qeyri-mümkün olduğu məlum olanda qohumlar onu həyati dəstək aparatından ayırmaq qərarına gəliblər. Nəşrin yazdığına görə, 2010-cu ildə əməliyyat keçirən plastik cərraha qarşı şou-biznes nümayəndələri də daxil olmaqla bir çox iddialar qaldırılıb.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR