Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94690
az

Nar kimlərə ziyanlıdır? - DİQQƏT!

01:4302 Sentyabr, 2023
1141
TİBB
  • A

Nar dənələri B, C vitaminləri, kalium, maqnezium, manqan, yod, dəmir və digər elementlər, həzmə kömək edən faydalı turşularla zəngindir.

Oxu24.com  e-tibb.az-a istinadən bildirir ki, nar şirəsi iştahanı, mədə turşuluğunu artırır. Nar qan damarlarının divarlarını gücləndirir, qan təzyiqini normallaşdırır, hemoqlobin və qırmızı qan hüceyrələrinin sintezini artırır. Buna görə də nar anemiya, hemoqlobin azlığı və halsızlıq zamanı tövsiyə edilir. Ancaq bilmək lazımdır ki, nar şirəsi yüksək turşuluğu olanlar, xora və qastritdən əziyyət çəkən insanlar üçün birmənalı olaraq ziyanlıdır.


Xroniki qəbizlik zamanı da nardan çəkinmək lazımdır.

Bundan başqa, turşularla zəngin olan nar şirəsi dişin emalına da zərər verə bilir.

Ona görə də nar suyunu ya su ilə qarışdırmaq, ya da borucuqla içmək məsləhət görülür. İçən kimi isə ağızı yaxalamaq lazımdır.

Bu meyvənin qabığının bir sıra faydalı xüsusiyyətlərinin olduğu bildirilsə də, nar qabığı özündə az miqdarda da olsa zəhərli maddələri ehtiva edir. Ona görə ondan yararlanmaq istəsəniz, həkimlə məsləhətləşməlisiniz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
“İnsan bir dərman üçün kənddən rayon mərkəzinə gəlməsin”

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi