Şimali Koreyanın “PUA təhdidləri”nə qarşı pilotsuz uçuş aparatları əməliyyatları aparmaq üçün Cənubi Koreya Baş Qərargahının nəzdində komanda mərkəzi yaradılıb.
Oxu24.com xəbər verir ki,Cənubi Koreya Baş Qərargahında (JCS) ordunun bütün silahlı qüvvələrini əhatə edən Pilotsuz Uçuş Aparatı (PUA) Əməliyyat Komandanlığının yaradılması mərasimi keçirilib.
Prezident Yoon Suk Yeol, onun yoxluğunda mərasimdə oxunan mesajında Şimali Koreyanın pilotsuz təyyarələrinə toxunaraq komandanlığın fəaliyyətinin “düşmənə qorxu, xalqa inam” verməsini arzulayıb.
JCS bildirib ki, komandanlığın məqsədi İHA-lardan müxtəlif asimmetrik təhlükələrin, o cümlədən İHA-lar, nüvə silahları və digər kütləvi qırğın silahlarının qarşısını almaq üçün istifadə etməkdir.
Şimali Koreyaya məxsus 5 PUA Cənubun hava məkanını pozub
Cənubi Koreya 2022-ci ilin dekabrında Şimali Koreyaya məxsus 5 İHA-nın onun hava məkanını pozduğunu və onlardan birinin paytaxt Seula uçduğunu açıqlamışdı.
Bəyanatda Şimal tərəfinin təxribatlarına “sərt və haqlı” cavab veriləcəyi vurğulanıb.
Cənubi Koreya prezidenti Yoon Suk-yeol 5 Şimali Koreya pilotsuz təyyarəsinin Cənubun hava məkanını pozmasından və onlara qarşı əməliyyatların uğursuzluğa düçar olmasından sonra silahlı qüvvələrin kəşfiyyat və müşahidə imkanlarını təkmilləşdirməyi öhdəsinə götürüb.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR