BMT Təhlükəsizlik Şurası sentyabrın 20-də Baş Assambleyanın yüksək səviyyəli həftəsi çərçivəsində Ukrayna münaqişəsi ilə bağlı açıq debat təşkil etmək üçün toplaşmaq niyyətindədir.
Oxu24.com xəbər verir ki,bu barədə Təhlükəsizlik Şurasının sentyabr ayı üzrə iş proqramında məlumat verilib.
Şuraya Albaniya bu ay sədrlik edəcək. Tədbirin mövzusu “Beynəlxalq Sülh və Təhlükəsizliyin Qorunması: Effektiv çoxtərəflilik vasitəsilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin dəstəklənməsi: Ukraynada sülh və təhlükəsizliyin təmin edilməsidir.
Debatın yüksək səviyyədə keçəcəyi gözlənilir. Ukrayna lideri Vladimir Zelenskinin dəvət edilib-edilməyəcəyi hələlik bəlli deyil.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR