Futbol üzrə Rusiya yığması meydanda Misirin Olimpiya komandası ilə qarşılaşacaq. Tərəflər iki oyunda razılaşıblar: 7 və 11 sentyabr tarixlərində.
Oxu24.com xəbər verir ki,Bu barədə Rusiya Futbol İttifaqının (RFU) mətbuat xidməti məlumat yayıb.
Oyunlar Süveyşdə keçiriləcək, başlaması Moskva vaxtı ilə saat 19:00-a planlaşdırılıb. Misir millisi son U23 Afrika Millətlər Kubokunun finalçısı olub, həmçinin 2024-cü il Yay Olimpiya turnirinə uğurla vəsiqə qazanıb. Rusiya yığması görüşlərə gənc idmançıları cəlb edəcək.
"Son vaxtlar 2001-2002-ci il təvəllüdlü bir çox gənc oyunçu Rusiya millisinə çağırılıb, bu, onların yüksək beynəlxalq səviyyədə daha çox oyun təcrübəsi əldə etməsi üçün yaxşı fürsət olacaq", - RFU qeyd edib.
Bundan əvvəl Valeri Karpinin rəhbərlik etdiyi Rusiya millisinin məşqçilər korpusunun sentyabrdakı təlim-məşq toplanışında iştirak edəcək futbolçuların tərkibini 49 nəfərə qədər genişləndirdiyi bildirilirdi. Təlim sentyabrın 4-dən 12-dək şəhərətrafı qəsəbələrdə, Novoqorskdakı bazada keçiriləcək.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR