Suriyanın 5 vilayətində minlərlə insanın iştirakı ilə Dəməşq rəhbərliyinə qarşı etiraz aksiyaları keçirilib.
Oxu24.com xəbər verir ki,yerli mənbələrdən əldə edilən məlumata görə, Hasəkənin Rəsulayn rayonu, İdlibin Binniş, Maratmisrin və Termen rayonları ilə Hələbin Daret İzze, Mare, Azez, Afrin, Bab, Etarib və Raco bölgələrində, eləcə də Suriya ordusunun nəzarəti altında olan Suveyda və Dera əyalətləri nümayişlərdə minlərlə insan iştirak edib.
Suveyda şəhərinin mərkəzindəki Kerame meydanına toplaşan etirazçılar Suriya prezidenti Bəşər Əsədin istefasını tələb ediblər.
Nümayişçilər “Əsəd istefa” və “Suriya bizimdir, onu heç kimə təhvil verməyəcəyik” şüarları səsləndirib.
Bundan əlavə, şəhərin mərkəzindəki mağaza sahibləri bu gün kepenklərini bağlayaraq nümayişlərə dəstək veriblər.
Avqustun 16-da Dəməşq rəhbərliyinin yanacağın qiymətini artırma qərarından bir gün sonra Dera və Suveyda əyalətləri başda olmaqla bir çox məntəqədə nümayişlər başlayıb.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR