Rusiyanın Dalneqorsk vilayətinin yaxınlığındakı Primorsk diyarında bir nəfər ayının hücumu nəticəsində ölüb.
Oxu24.com xəbər verir ki,bu barədə RİA Novosti-yə regional Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi məlumat verib.
"Dalneqorsk yaxınlığında ayı gözətçiyə hücum edib, kişi ölüb. Heyvan tapılaraq güllələnib. Heç bir təhlükə yoxdur", - mənbə bildirib.
Erkək qonur ayının müfəttişlərə hücum etmək istəyərkən öldürüldüyü qeyd edilir. Heyvan mərhumun cəsədini pusquya salıb və müfəttişlər yaxınlaşmağa başlayanda ayı onlara hücum etməyə çalışıb.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR