Rusiya və Çin arasındakı tərəfdaşlıq İkinci Dünya Müharibəsindən sonra ən ciddi təhlükədir.
Oxu24.com xəbər verir ki,“Fox News”un məlumatına görə, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol deyib.
“Biz İkinci Dünya Müharibəsindən bəri Avropa və Sakit Okean üçün bu böyüklükdə təhlükə görməmişik”,-deyə o bildirib.
Avqustun 15-də Çinin müdafiə naziri Li Şanfu bəyan edib ki, Moskva ilə Pekin arasında hərbi sahədə əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməyib. Hərbi idarənin rəisi qeyd edib ki, Rusiya Federasiyası və Çin tədricən hərtərəfli tərəfdaşlığa və strateji qarşılıqlı fəaliyyətə doğru irəliləyir.
Bundan əvvəl Çinin Rusiyadakı səfiri Zhang Hanhui bildirib ki, NATO-nun Asiya-Sakit okean regionunda hərəkətləri Rusiya və Çinə qarşı yönəlib. Onun fikrincə, Pekin və Moskvanı sıxışdırmaq və cilovlamaq, həmçinin qlobal hegemonluğu saxlamaq üçün ABŞ-a Şimali Atlantika Alyansının şərqə doğru genişlənməsi lazımdır.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR