Nobel Fondu Rusiya Federasiyasının və Belarusun səfirlərini mükafatlandırma mərasiminə dəvət edəcək.
Oxu24.com xəbər verir ki,təşkilatın rəsmi saytında yayılan məlumatda deyilir ki, Nobel mükafatı mərasiminə bütün ölkələrin, o cümlədən Rusiya və Belarusun nümayəndələri dəvət olunacaq.
“İsveç və Norveçdə diplomatik şəkildə təmsil olunan bütün ölkələrin səfirləri mükafatlandırma mərasiminə dəvət olunacaqlar”, - mesajda deyilir.
2022-ci ildə Rusiya Federasiyasının Ukraynada başladığı müharibə ilə əlaqədar fondun Rusiya və Belarus səfirlərini mərasimə dəvət etməkdən imtina etməsinə baxmayaraq, bu il təşkilat belə praktikadan imtina etmək qərarına gəlib.
Nobel Fondunun icraçı direktoru Vidar Helgesenin sözlərinə görə, dünya getdikcə parçalanır, dialoq imkanları azalır. Buna görə də, tədbirləri maliyyələşdirməyə dəvət yanaşmasının dəyişdirilməsi bu tendensiya ilə mübarizə aparmağa kömək etmək məqsədi daşıyır.
Bundan əvvəl Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Marqus Tsahkna Rusiya Federasiyası və Belarus nümayəndələrini Stokholmda keçiriləcək Nobel mükafatı mərasiminə buraxmamağa çağırıb.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR