Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94643
az

Ermənistan BCM-də şübhəli bilinən şəxsləri Haaqa məhkəməsinə təhvil verəcək

17:4201 Sentyabr, 2023
98
  • A

Ermənistan Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya üçün parlamentə göndərib.

Oxu24.com xəbər verir ki,bu barədə hökumətin mətbuat xidmətindən məlumat verilib.

"Hökumət bu gün Roma Əsasnaməsini ratifikasiya üçün parlamentə göndərib", - mətbuat xidməti bildirib.

İyun ayında Ermənistanın ədliyyə naziri Qriqor Minasyan hökumətin yaxın həftələrdə Roma Statutunun ratifikasiyası ilə bağlı qanun layihəsini parlamentə göndərəcəyini açıqlamışdı. Ermənistan Konstitusiya Məhkəməsi martın 24-də qəbul etdiyi qərarda Roma Statutunun ölkə Konstitusiyasına zidd olmadığını bildirib və bu, Rusiya tərəfinin mənfi reaksiyasına səbəb olub.

TASS Rusiya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər verir ki, Rusiya tərəfi erməni həmkarlarına Roma Statutuna mümkün qoşulmasının Rusiya ilə münasibətlər üçün son dərəcə mənfi nəticələri barədə xəbərdarlıq edib. Xarici İşlər Nazirliyi onu da əlavə edib ki, Moskva Rusiya Federasiyasının rəhbərliyinə qarşı orderlər fonunda İrəvanın BCM-nin Roma Əsasnaməsinə qoşulmaq planlarını qəbuledilməz hesab edir. Öz növbəsində Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan qeyd edib ki, İrəvan Roma Əsasnaməsinin ratifikasiyası ilə bağlı gələcək fəaliyyətinin Ermənistan-Rusiya strateji münasibətlərinə xələl gətirməyəcəyinə əmin ola bilər.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Təyyarə çimərlikdə partladı- Ölü və yaralılar var - Video
Yanan evinin son halını paylaşdı- Video
Suriyanın şimalında 20 terrorçu zərərsizləşdirilib

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Oleq Bakinskinin cinayət işində FTX izi- Görüşü Füzuli Musayev təşkil edibmiş