Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94639
az

Azərbaycanda mobil telefonlara kiberhücumların sayı 3 dəfə artıb

16:3801 Sentyabr, 2023
132
  • A

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil telefonlara kiberhücumların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb.

Bu barədə “Global Research and Analysis Team” (GreAT) şirkətinin departament rəhbəri Dmitri Qalov Bakıda keçirilən "Kaspersky"nin kiber bilik günü"nə ("Kaspersky Cyber Knowledge Day) həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, daha çox kiberhücum "Minecraft" oyunu üzrə gizli reklamlardan olur: "İkinci yerdə iş elanlarına aid tətbiqlər, üçüncü yerdə isə mesencerlərin "Casus" proqramları qərarlaşıb".

D.Qalov qeyd edib ki, Azərbaycanda adi istifadəçilərin 32 %-i lokal təhlükələrlə üzləşib.

"Korporativ istifadəçilərin 24 %-i yerli təhlükələrə məruz qalıb. Korporativ istifadəçilərin 17 %-i internet təhlükələri ilə qarşılaşıb, 17 %-i isə e-poçt spamının payına düşür. İstifadəçilərin fişinq səhifələrinə keçməsi üçün 534 min cəhd edilib. Mobil cihazlara 224 min hücum olunub", - deyə o əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hormonal problemləri dəf etmək üçün 5 MƏHSUL
Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı vəfat etdi
Daha bir DƏHŞƏTLİ AVİAQƏZA: təyyarə çimərlikdə partladı -ANBAAN VİDEO

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Bakıda qoyun       oğruları       saxlanıldı