Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94638
az

Yollar bağlandı, sakinlərə “evdən çıxma” xəbərdarlığı - FOTO

13:4001 Sentyabr, 2023
159
  • A

Fransada pələng ağcaqanadları ilə bağlı həyəcan siqnalı verilib. Məlumata görə, "denge", "çikunqunya" və "zika" viruslarını daşıya bilən bu həşəratlar xüsusən ölkə paytaxtında yayılıb.

OXU24.COM  xəbər verir ki, Şəhər rəsmiləri təxminən 12 milyon insanın yaşadığı Paris bölgəsində yoluxma zəncirinin qarşısını almaq üçün Fransa tarixində ilk dəfə olaraq paytaxt küçələrinin dezinfeksiyasına başlayıblar. Paytaxtın cənubunda yollar bağlanıb. Həmçinin zərərvericilərlə mübarizə çərçivəsində ağaclara, yaşıllıqlara və ağcaqanadların çoxaldığı ərazilərə pestisidlər səpildiyi üçün sakinlərdən evdə qalmaları istənilib.

Məlumata görə, iqlim dəyişikliyi, isti havalar "Aedes albopictus" kimi də tanınan pələng ağcaqanadlarının yumurtadan çıxma müddətini qısaldıb, həmçinin qış fəsli artıq zərərvericiləri öldürəcək qədər soyuq keçmir. Buna görə də, bu həşəratlar qitədə sürətlə yayılır.

Qeyd edək ki, vətəni Cənub-Şərqi Asiya olan Asiya pələng ağcaqanadı qara rəngdə və üzəri gümüşü ağ zolaqlı olur. O, adi ev ağcaqanadından kiçikdir (2-10 mm), bu da onu daha səssiz və aqressiv edir. Bir çox digər ağcaqanad növlərindən fərqli olaraq, Asiya pələngi ağcaqanadları adətən gündüz sancır. Onların sancmaları uzunsürən qaşınma və dəri qızartısı kimi yüksək allergik reaksiyaya səbəb olur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hormonal problemləri dəf etmək üçün 5 MƏHSUL
Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı vəfat etdi
Daha bir DƏHŞƏTLİ AVİAQƏZA: təyyarə çimərlikdə partladı -ANBAAN VİDEO

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Oleq Bakinskinin cinayət işində FTX izi- Görüşü Füzuli Musayev təşkil edibmiş