Rusiyada hakimiyyətə qarşı üsyandan iki ay sonra təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin ölümündən əvvəl çəkilmiş kadrları yayılıb.
Vaqner” PMC-yə yaxın Teleqram kanallarından birində dərc edilən kadrların, Priqojinin təyyarəsinin Rusiyada qəzaya uğramasından bir neçə gün öncə çəkildiyi bildirilir.
“Sağ olub-olmadığımı, vəziyyətimin necə olduğunu müzakirə edənlər üçün izah edim: Hazırda həftə sonudur, 2023-cü il avqust ayının ikinci yarısıdır, Afrikadayam. Məni aradan götürmək, şəxsi həyatımdan, pulumdan və ya başqa bir şeydən danışmaq istəyənlər üçün deyirəm, hər şey qaydasındadır”, - hərəkətdə olan avtomobildən kadrları yayılan Priqojin bildirir.
Qeyd edək ki, avqust ayının ikinci yarısında Priqojinin ölümündən əvvəlki həftə sonuna təsadüf edən günlər 19-20 avqust tarixləridir.
Oxu24.com
ŞƏRHLƏR