Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94604
az

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sentyabrın 4-ü səhərədək...

21:0331 Avqust, 2023
139
REDAKTORUN SEÇİMİ
  • A

Sentyabrın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq ayın 4-ü səhərədək bəzi yerlərdə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

 

Oxu24.com  xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

 

Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə, xüsusən də Balakən, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar, bəzi mərkəzi Aran rayonlarında, həmçinin Qazax, Gəncə, Qarabağ, Şərqi Zəngəzur ərazilərində intensiv və güclü olacağı gözlənilir.


 

Bölgələrdə şərq küləyi əsəcək. Ayrı-ayrı yerlərdə küləyin sürəti 20-25 m/san-dək güclənəcək.

 

İntensiv leysan xarakterli yağılar səbəbindən Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Kürmükçay, Şinçay, Oğuz-Qəbələ bölgəsinin ərazisindən axan Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin ərazisindən axan Vəlvələçay, Qaraçay, Qazax-Gəncə bölgəsinin ərazisindən axan Əsrikçay, Gəncəçay, Qabırrıçay, o cümlədən Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Gorançay, Quruçay Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstan niyə matəm elan etdi?
TƏCİLİ! AZAL bu istiqamətə uçuşları dayandırdı
Dünyada 98 faiz insanın tapa bilmədiyi İQ testi

Baydenin oğlunun milyonluq evi yanıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
9-cu sinif şagirdi vəfat etdi