Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94599
az

Aİ Ukrayna üçün Avropa Sülh Fondundan növbəti tranşın blokunu aça bilmədi

20:3431 Avqust, 2023
95
DÜNYA
  • A

Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Aİ Ukrayna üçün Avropa Sülh Fondundan növbəti tranşı aça bilmir.

Oxu24.com Reuters-ə istinadən  xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.

"Təəssüf ki, yeni tranş hələ də bloklanıb",-  deyə Josep Borrell bildirib.

Bundan əvvəl Borrell Aİ ölkələrini Kiyevə sursatın kifayət qədər sürətlə çatdırılmamasına görə tənqid edib.

Borrelin sözlərinə görə, Aİ-yə üzv ölkələr 2023-cü ilin ilk altı ayında Kiyevə ümumilikdə 224 min mərmi və 2300 raket təhvil verməyi öhdələrinə götürüblər.

Bu, əvvəllər Ukraynaya vəd edilənin yalnız dörddə birindən azdır. Buna görə də Borrell sursatların daha tez və daha çox miqdarda çatdırılmasını tələb etdi. O, həmçinin bildirib ki, Aİ ölkələri müqavilələri yerinə yetirmək üçün öz müdafiə sənayesində sifarişlər verməlidir.

Bundan əvvəl Aİ diplomatiyasının rəhbəri Xosep Borrelin ilin sonuna qədər Ukraynaya 5 milyard avro ayrılması ilə bağlı razılaşmaq istədiyi bildirilirdi. Borrelin sözlərinə görə, o, 2024-2027-ci illər üçün hərbi dəstək üçün xüsusi fondun yaradılmasını təklif edib.

O, tezliklə razılığın əldə olunacağına ümid etdiyini bildirib.

Bundan əvvəl Avropa Komissiyası Rusiyanın Avropa İttifaqında dondurulmuş aktivlərinin məbləğini açıqlamışdı.

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb