Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94594
az

Həbsdən çıxan polkovnik yenidən məhkəməyə verildi - Azərbaycanda

20:1331 Avqust, 2023
149
CƏMİYYƏT
  • A

Müdafiə Nazirliyinin keçmiş polkovniki Elnur Məmmədov yenidən məhkəməyə verilib.

OXU24.COM  xəbər verir ki, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Elçin Əliyev E.Məmmədova Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə iş açılması ilə bağlı xüsusi ittiham qaydasında müraciət edib.

Şikayətə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq. İş məhkəməyə bu gün daxil olub və hələlik məhkəmə iclasının vaxtı təyin edilməyib.

Qeyd edək ki, Elnur Məmmədov ötən ay "Hürriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədovla birgə həbs edilmişdi. Onlar İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) təqsirli bilinərək məhkəmə qərarı ilə hər birinə 1 ay həbs cəzası verilmişdi. Bir neçə gün əvvəl isə hər iki şəxs həbsdən azadlığa çıxıblar.

Onu da qeyd edək ki, Elnur Məmmədov ehtiyatda olan polkovnikdir. O, ötən ilin oktyabrında 6 aylıq həbs olunmuşdu.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

At almağa getmişdi, 15 yaşlı QIZI QAÇIRDI
Dərs və iş saatları ilə bağlı mühüm xəbər -DƏYİŞDİRİLİR?

Baydenin oğlunun milyonluq evi yanıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
9-cu sinif şagirdi vəfat etdi