Çinə səfər edən Britaniya rəsmilərinin kompüterləri “təmizlənəcək”, telefonları isə casusluq riskindən qorunmaq üçün məhv ediləcək.
Oxu24.com xəbər verir ki,bu barədə Daily Mail yazır.
Nəşrin yazdığına görə, səfərdən əvvəl Britaniya rəsmiləri təlimlərdə iştirak ediblər və onlara “qlamur qadınlar”ın yaratdığı təhlükələr barədə məlumat verilib və smartfon və noutbuklarınızı evdə qoymağın nə üçün daha yaxşı olduğunu izah ediblər.
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli avqustun 30-da Çinə səfər edib. Bu, Böyük Britaniyanın xarici işlər nazirinin son beş ildən artıq müddətdə ölkəyə ilk rəsmi səfəridir. Britaniya hökuməti bu səfəri tənqid edib. Adının açıqlanmasını istəməyən mühafizəkar Reuters agentliyinə bildirib ki, London Çinə qarşı sərt davranmalıdır, lakin “əksinə baxır”.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR