“Wagner PMC” şirkətinin təsisçisi Yevgeni Priqojinin keçmiş biznes ortağı Vasili Bojkov Bolqarıstanda Rusiya tərəfindən ölkə hakimiyyətinə təsir kanalının təşkilində şübhəli bilinərək həbs edilib.
Oxu24.com xəbər verir ki,bu barədə Polşanın RMF radiostansiyası məlumat yayıb.
Sofiya hava limanında saxlanarkən o, “adını məhkəmədə haqlı çıxarmaq üçün” könüllü olaraq Bolqarıstana qayıtdığını bildirib.
Bojkov ən zəngin bolqar və qeyri-rəsmi olaraq ölkənin "qumar biznesinin kralı" adlanır. O, bir neçə onlarla ittiham üzrə cinayət təqibindən gizlənərək BƏƏ-də vətəninə qayıtmazdan əvvəl son üç ilini keçirib.
Bunlardan biri də maliyyə naziri və baş nazirə külli miqdarda rüşvət verilməsidir.
Britaniyanın “The Telegraph” nəşri yazıb ki, Priqojin və Bojkovun işgüzar əlaqələrinə prokurorluq diqqət çəkib. Bildirilir ki, tərəfdaşlar 2020-ci ildən PMC təsisçisinin təyyarəsinin qəzaya uğradığı günə qədər əlaqə saxlayıblar.
2021-ci ildə Maqnitski paktı əsasında Bojkova qarşı sanksiyalar tətbiq edilib.
Bundan əvvəl KİV Priqojinin ofisində və evində tapılan silahlar və pasportlar barədə məlumat yayıb.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR