Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94560
az

İspaniyada futbol Prezidenti ətrafında qalmaqal böyüyür

09:0931 Avqust, 2023
128
DÜNYA
  • A

İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubialesin anası Anceles Bejar səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Oxu24.com xəbər verir ki,bu barədə Mundo Deportivo məlumat yayıb.

İspanların ingilisləri məğlub etdiyi (1:0) DÇ-2023 finalından sonra keçirilən mükafatlandırma mərasimində milli komandanın qələbəsinə sevinən Luis Rubiales futbolçu Cennifer Hermosonu qucaqlayıb və dodaqlarından öpüb. Bir çox jurnalist və fanat Rubialesi tənqid edərək, onun davranışını ədəbsiz  adlandırıb.

Avqustun 28-də səhər saatlarında onun anası Angeles Behar özünü Motril şəhərində kilsəyə bağlayıb və  aclıq aksiyası keçirib.

Avqustun 30-u axşam qadın mətbuata açıqlama verməli idi, lakin təyin olunmuş vaxtda onun yerinə keşiş Ata Antonio jurnalistlərin qarşısına çıxdı və Angeles Beharın təcili xəstəxanaya yerləşdirildiyini bildirdi.

Beynəlxalq Futbol Federasiyası (FİFA) məmura qarşı intizam işi açıb. Rubialesin özü də hadisədən sonra yaranmış qalmaqala görə vəzifəsindən istefa vermək fikrində olmadığını bildirib.

Daha əvvəl İspaniyada Rubiales tərəfindən öpülən futbolçu üçün həbsxana tələb ediblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Kredit kartları ilə bağlı yeni qaydalar gəlir: Şərtlər vətəndaşların xoşuna gəlməsə...
Scholz Orta Asiyaya gedir
Çin Almaniyanı hədələdi