Bakıda satış üçün nəzərdə tutulan çörəyin üstündə pişik gəzdiyi anın götüntüləri yayılıb.
Oxu24.com xəbər verir ki, şahidlərdən biri həmin anın görüntülərini çəkib. Görüntülərdən aydın olur ki, satmaq üçün gətirilən və açıq şəraitdə olan çörəklər mağazanın qarşısına qoyulduğundan üstündə pişik gəzir.
Hadisə şahidi bildirib ki, hadisə səhər saatlarında olub: "Mağaza hələ açıq olmadığına görə çörək paylayan şəxs yeşikləri mağazanın qabağına qoyub gedib. Sonradan da belə mənzərə yaranıb. Bu mənzərə ilə təkcə burda yox, çox marketərin qarşısında qarşılaşmaq olar".
AGTA-dan sorğumuza cavab olaraq bildirilib ki, adıçəkilən videonun hansı tarixdə, harda çəkildiyi, hansı müəssisə olduğu barədə heç bir məlumat yoxdur: "Lakin video Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mediadan götürülərək, araşdırılması üçün Agentliyin müvafiq şöbələrinə yönləndirilib. Artıq bununla bağlı araşdırmalara başlanılıb. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adını qeyd etməklə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər".
Görüntüləri təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR