Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94546
az

Məşhur müğənni ifa etdiyi mahnıya görə SAXLANILDI

00:2731 Avqust, 2023
180
  • A

İranlı müğənni Mehdi Yarrahi hicab tələbinə qarşı ifa etdiyi mahnıya görə saxlanılıb.

OXU24.COM  xəbər verir ki, 41 yaşlı müğənni fars dilindən tərcümədə hicab mənasını verən "Roosarito" mahnısını təqdim edib.

İfaçının cümə günü "YouTube"da paylaşılan mahnının videosunda hicabsız qadınların rəqs etdiyi görüntülər də yer alıb.

Klipin əvvəlində ölkəni ayağa qaldıran Mehsa Əmini etirazlarının şüarı olan "qadın, həyat, azadlıq" ifadəsi də yer alıb.

Mehdi ilə bağlı hüquqi proses başlanılıb. İfaçının ötən ilin oktyabrnda yayımladığı "Qadın marşı" (Soroode zan) mahnısına görə də cinayət məsuliyyətinə cəlb oluna biləcəyi bildirilib.

Mahnı xüsusilə universitet tələbələri tərəfindən nümayişlərdə tez-tez istifadə edilir.

Xatırladaq ki, Mehsa Əmini İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən geyiminin İslama uyğun olmamasından ötürü döyülərək öldürülüb. O, İran hökuməti polisi tərəfindən həbs edilib, lakin iki saatdan sonra hüquq-mühafizə orqanı əməkdaşlarının davranışının yaratdığı şiddətli qorxuya görə komaya düşüb. Mehsa Əmini İranda qadınlara qarşı təcavüz və zorakılığın ən məşhur simvollarından birinə çevrilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Uzak Şehir"dəki Fidanın real həyatdakı görkəmi heyrətə gətirdi - FOTO
Belarusda prezident seçkilərində erkən səsvermə başa çatdı
HƏMAS dörd israilli girovu azad etdi

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı