Lukaşenka ad günündə Putin, Tokayev və Nazarbayevlə telefonla danışıb
Belarus prezidenti Aleksandr Lukaşenko gün ərzində Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Qasım-Jomart Tokayev, habelə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə telefon danışığı aparıb.
Oxu24.com xəbər verir ki,Bu barədə Belarus prezidentinin saytında məlumat verilib.
Nəşr qeyd edir ki, Lukaşenko Putinlə ikitərəfli gündəliyin aktual məsələlərini, həmçinin regional və beynəlxalq vəziyyətin kəskin məsələlərini müzakirə edib.
Belarus prezidenti Tokayevlə iki dövlətin inkişafı üçün perspektivli istiqamətləri müzakirə edib, həmçinin beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Bundan əvvəl Putin belaruslu həmkarı Aleksandr Lukaşenkoya doğum günü münasibətilə göndərdiyi təbrik teleqramında qeyd etmişdi ki, onların dövlətləri birlikdə istənilən çətinliyin öhdəsindən gələ bilərlər.
Putin həmçinin Lukaşenkoya cansağlığı, xoşbəxtlik, rifah və dövlət fəaliyyətində uğurlar arzulayıb.
Avqustun 30-da Aleksandr Lukaşenkonun 69 yaşı tamam oldu. 1954-cü ildə anadan olub.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR