Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94529
az

ABŞ Qabondakı hadisələrdən narahatdır

21:5830 Avqust, 2023
108
DÜNYA
  • A

ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi bildirib ki, ölkə Qabonda hərbi çevriliş cəhdindən narahatdır və Qərbi Afrika dövlətlərinə dəstək vermək niyyətindədir.

 

Oxu24.com xəbər verir ki,bu barədə RİA Novosti məlumat yayıb.

 

“Düşünürəm ki, bunu çox, çox yaxından izlədiyimizi bilmək sizi təəccübləndirməz. Bu, çevriliş cəhdləri ilə sarsılan bölgədə son hərbi nəzarətdir”, - Kirbi bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar mövcud vəziyyətlə bağlı “çox nəticəyə malik deyil”.

Bundan əvvəl Afrika İttifaqı Qabonda hakimiyyətin ələ keçirildiyini elan edən hərbçilərin hərəkətlərini pisləyib. Qeyd olunur ki, Mahamat bütün siyasi və mülki aktorları, eləcə də Qabonun hərbçilərini mövcud vəziyyəti sülh yolu ilə həll etməyə çağırıb. Bundan əlavə, bəyanatda ölkə prezidenti Əli bin Bonqo Ondimba və onun ailə üzvlərinin təhlükəsizliyinə zəmanət verilməsi çağırışı da yer alır.

Avqustun 30-da səhər Qabonda bir qrup yüksək rütbəli zabit ölkənin əsas televiziya kanalında prezident seçkilərinin nəticələrinin ləğvi və hökumət institutlarının buraxılması ilə bağlı bəyanatla çıxış edib. Zabitlər hakimiyyəti öz əllərinə aldıqlarını və ölkənin Müdafiə Nazirliyini və Silahlı Qüvvələrini təmsil etdiklərini bəyan ediblər. Bunun fonunda paytaxt Librevildə atışma olduğu barədə xəbərlər yayılıb.

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Akvariumda dəhşət: Nəhəng balıq "su pərisi"ni dişlədi - VİDEO
TƏCİLİ! Rusiyadan şok qərar: Bu tarixdən başlayır
Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi