Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94526
az

Yonhap: Şimali Koreya iki qısa mənzilli ballistik raket buraxıb

21:1730 Avqust, 2023
294
HƏRBİ
  • A

Şimali Koreya Pxenyan yaxınlığındakı Sunan bölgəsindən Yapon dənizinə doğru iki qısa mənzilli ballistik raket atıb.

OXU24.COM XƏBƏR VERİR  Kİ,bu barədə Yonhap Xəbər Agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Hərbçilər hesab edir ki, mərmilər təxminən 360 km uçub və Yapon dənizinə düşüb.

Bundan əvvəl  Cənubi Koreya, ABŞ və Yaponiya ötən həftə Şimali Koreyanın kosmik raket buraxmasına cavab olaraq beynəlxalq sularda üçtərəfli raketdən müdafiə təlimləri keçirib.

Cənubi Koreya Hərbi Dəniz Qüvvələri təlimin Şimali Koreyanın yaxınlaşan nüvə və raket təhdidlərinə cavab olduğunu bildirib. Şimali Koreyanın Seulda raket buraxması BMT Təhlükəsizlik Şurasının KXDR-ə ballistik raket texnologiyasından istifadə edərək hər hansı buraxılış keçirməsini qadağan edən qətnamələrinin açıq şəkildə pozulması adlandırılıb.

Təlimdə həmçinin 2023-cü ilin sonuna qədər qüvvəyə minməli olan üçtərəfli raket hücumu xəbərdarlığı sisteminin komponentləri sınaqdan keçirilib.

Bundan əvvəl KXDR ABŞ sualtı qayığının Cənubi Koreyaya daxil olmasını “nüvə silahından istifadə üçün şərt” adlandırmışdı.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

MAXE olmaq      istəyənlərin      nəzərinə!
50 yaşınadək olan bu şəxslər... -MN məlumat yaydı
İran ordusu pilotsuz təyyarələrlə gücləndirilib