Qırğızıstan hakimiyyəti TikTok-un respublikadakı fəaliyyətini dayandırmaq qərarına gəlib.
Oxu24.com xəbər verir ki,Qərar Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi tərəfindən açıqlanıb.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bir sıra qeyri-hökumət təşkilatlarından TikTok sosial şəbəkəsinin uşaqların əqli inkişafına və sağlamlığına zərərli təsiri ilə bağlı müraciətlər çoxalıb.
“Qeyd olunur ki, TikTok istifadəçini qısa kliplərin virtual aləminə batırır, yeniyetmələr onlara baxdıqdan sonra bəzilərinin həyatı üçün təhlükə yaradan müəyyən videoları təkrarlamağa çalışırlar. Bundan əlavə, uşağın psixikası hələ də qeyri-sabitdir, o, yenicə formalaşır və bu cür məzmun aludəçiliyə səbəb olmaqla, gənc nəslin emosional vəziyyətinə mənfi təsir göstərir”, - deyə idarədən bildirilib.
Bununla bağlı Mədəniyyət Nazirliyi bu sosial şəbəkənin məzmununun monitorinqini aparıb və bu zaman müəyyən edib ki, “platformanın uşaqların sağlamlığına və inkişafına ziyan vuran məlumatların əldə edilməsinə heç bir məhdudiyyət yoxdur və onlara nəzarət etmək funksiyaları yoxdur.
Qərar ölkə qanunvericiliyi çərçivəsində sonrakı icrası üçün Rəqəmsal İnkişaf Nazirliyinə göndərilib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR