Türkiyənin Diyarbakır bölgəsində evində divanda oturan yeniyetmə qız başından güllə yarası alıb.
OXU24.COM xarici KİV-ə istinadən xəbər verir ki, küçədə gedən maşından havaya açılan atəş nəticəsində güllələrdən ikisi qapının pəncərəsini dəlib keçib. Mərmilərdən biri qızın başına tuş gəlib.
Al-qana boyanan qız xəstəxanaya çatdılırsa da vəziyyəti ağırdır. Hadisəni törədən şəxslərin axtarışına başlanılıb.
Həmin görüntüləri təqdim edirik:
ŞƏRHLƏR