Rusiyanın Qabondakı səfirliyi iğtişaşdan sonra təhlükəsizlik tədbirlərini gücləndirib və ərzaq ehtiyatı hazırlayıb
Oxu24.com xəbər verir ki, Rusiyanın Qabondakı səfirliyi ölkədə hakimiyyətin hərbçilər tərəfindən ələ keçirilməsinin elan edilməsi fonunda təhlükəsizlik tədbirlərini gücləndirib.
“Səfirlik əməkdaşları və onların ailə üzvləri üçün əlavə təhlükəsizlik tədbirləri görülüb”, - deyə səfirlikdən bildirilib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, səfirlik fövqəladə hallar zamanı onun kifayət qədər ləvazimat və suya malik olduğunu vurğulayıb.
Bundan əvvəl hərbçilərin Qabonun sərhədlərini bağladığı bildirilirdi.
Avqustun 30-da səhər saatlarında Qabonda yüksək rütbəli bir qrup zabit ölkənin əsas televiziya kanalı “Qabon 24”də prezident seçkilərinin nəticələrinin ləğvi və hökumət institutlarının buraxılması ilə bağlı bəyanatla çıxış edib. Zabitlər hakimiyyəti öz əllərinə aldıqlarını və Müdafiə Nazirliyini və ölkənin silahlı qüvvələrini təmsil etdiklərini bildiriblər. Bunun fonunda paytaxt Librevildə atışma olduğu barədə xəbərlər yayılıb.
Hərbçilər çevrilişi avqustun 26-da keçiriləcək ümumi seçkilərə inamın olmaması ilə əlaqələndiriblər.
Bu açıqlama ölkənin Mərkəzi Seçki Komissiyasının Qabonun hazırkı prezidenti Əli ben Bonqo Ondimbanın 64 faiz səslə üçüncü müddətə yenidən seçildiyini elan etməsindən sonra verilib. Qabonun hazırkı prezidentinin ailəsi 56 ildir ölkədə hakimiyyətdədir. Hazırkı prezidentin atası El Hadj Omaar Bonqo Ondimba 1967-2009-cu illərdə dövlət başçısı vəzifəsində çalışıb.
Müxalifət seçkilərin nəticələrini tanımayıb və onların saxtalaşdırıldığını bəyan edib. Avqustun 27-də Qabon hakimiyyəti iğtişaşlar fonunda ölkədə interneti və bir sıra Fransa internet mediasının yayımını bağlayıb.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR