Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 ölkələrinin liderlərini rusiyalı həmkarı Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoymaq niyyətləri ilə tanış edəcək.
Oxu24.com xəbər verir ki,Bu barədə “Milliyet” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, iki ölkə liderləri arasında G20 sammiti ərəfəsində aparılan danışıqlar Türkiyəni görüşün “ulduzuna” çevirir. Məqalədə xatırladılıb ki, Türkiyə prezidenti Putinlə görüşə bilən yeganə Qərb lideridir.
Qəzet yazır: “Hər kəs Putinin şərtlərini və Ərdoğanın silahlı toqquşmanı dayandırmaq niyyətini dinləyəcək”.
Qəzetin politoloqu qeyd edib ki, Türkiyə və Rusiya liderləri də taxıl müqaviləsini müzakirə etmək niyyətindədirlər. Onun fikrincə, Ərdoğan Putini “taxıl dəhlizi” məsələsinə qayıtmağa inandıra bilsə, o, “bütün dünya üçün böyük bir iş görəcək”. Belə bir addım Türkiyənin Afrikadakı diplomatiyasını gücləndirməklə yanaşı, qitə ölkələrinin də BMT-də dəstəyini qazanacaq.
Bir gün əvvəl Putin və Ərdoğan arasında danışıqların tarixi və yeri məlum olub.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR