Avqustun 20-dən 26-na kimi Rusiya bir həftə əvvələ nisbətən gündə orta hesabla 800 min barel neft ixrac edib.
Oxu24.com xəbər verir ki,Bloomberg-in hesablamalarına görə, eyni zamanda, Moskvanın gəlirləri dörd həftə ərzində orta hesabla 35% artaraq gündə 47 milyon dollara çatıb.
Agentliyin məlumatına görə, Rusiyanın dəniz yolu ilə neft ixracının həcmi sutkada 3,4 milyon barelə çatıb və iyunun sonundan bəri ən yüksək səviyyəyə yaxınlaşıb.
Agentlik qeyd edir ki, avqustun 20-dən 26-a kimi Rusiya bir həftə əvvələ nisbətən gündə orta hesabla 800 min barel çox neft ixrac edib. Eyni zamanda, ən böyük artım Baltikyanı Primorsk və Ust-Luqa limanlarında müşahidə olunub. Novorossiyskdən neft ixracı da keçən həftə tədarükün kəsilməsindən sonra yenidən artıb.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR