Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94424
az

Yasamalda partlayış olub - Yanğın başlayıb - YENİLƏNİB

15:3828 Avqust, 2023
180
CƏMİYYƏT
  • A

Bakıda partlayış zamanı 2 nəfər xəsarət alıb.

Bu barədə OXU24.COM  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 90 m² olan fərdi yaşayış evində ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində evin 2 otağının yanar konstruksiyaları 50 m² sahədə, ümumi girişin tavan və dam örtüyü 30 m² sahədə yanıb. Partlayışın təsirindən otağın arakəsmə divarı isə uçub. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan iki nəfər təcili yardım briqadasına təhvil verilib.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

xxx

15:10

Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Əlavə məlumat veriləcək.

XXX

14.38

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən fərdi yaşayış evində yanğınla nəticələnən partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

OXU24.COM  FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı