Almaniyadakı müxalif Xristian Demokratlar İttifaqının lideri Fridrix Merz, istifadə ilə maksimum atəş məsafəsini məhdudlaşdırmaq şərti ilə Ukraynanın uzaqmənzilli Taurus raketləri ilə təmin edilməsinin tərəfdarı olduğunu bildirib.
Oxu24.com xəbər verir ki, bu barədə Bild yazıb.
Raketlər "mənzil baxımından o qədər məhdud olmalıdır ki, onlardan yalnız Ukrayna ərazisini qorumaq üçün istifadə edilə bilər", deyə nəşr yazıb.
“Taurus” raketlərinin maksimal uçuş məsafəsi 500 km-dən çoxdur.
Avqustun 26-da Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Berlin nəhayət, “Taurus” raketlərini Kiyevə təhvil verəcək.
Bundan əvvəl Zelenski Ukraynanın hərbi əməliyyatları Rusiya Federasiyası ərazisinə keçirməsinə mane olduğunu bildirib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR