İsrailin baş naziri Benyamin Netanyahu hökumətin iclasında HƏMAS-ın hərbi qanadının rəhbəri Salah əl-Arurinin təhdidlərinə xüsusi diqqət yetirib.
Oxu24.com xəbər verir ki,“Onun tənha yerdə gizlənməsi təsadüfi deyil. Hücumları kim təşkil edirsə, bunun əvəzini tam ödəyəcək”, - İsrailin Kanal 9-u Netanyahudan sitat gətirib.
Həftə sonu əl-Aruri ərəb mediasına bir sıra müsahibələr verərək, İsrailin Qəzzada hədəfli qətllərə yenidən başlamasının genişmiqyaslı regional müharibəyə və yəhudi dövlətinin mülki əhalisi arasında böyük itkilərə səbəb olacağını bildirib.
Onun sözlərinə görə, İsrail öz hava və dəniz məkanını bağlamağa, elektrik stansiyalarının fəaliyyətini dayandırmağa məcbur olacaq.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR