Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94389
az

Azərbaycandan Böyük Britaniyaya nə qədər neft ixrac olunub?

20:4927 Avqust, 2023
80
CƏMİYYƏT
  • A

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan Böyük Britaniyaya 195,12 min tondan çox xam neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycandan ümumi xammal ixracının 1,25 faizini təşkil edir.

OXU24.COM  xəbər verir ki, illik hesablamada bu göstərici 78,93 faiz və ya 730,88 min ton azalıb.

Bu dövrdə Azərbaycan neftinin və neft məhsullarının Böyük Britaniyaya ixracının dəyəri 111 679 milyon ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 85,16 faiz və ya 640 828 milyon dollar azdır.

Qeyd edək ki, ümumilikdə 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan 15,54 milyon tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (16,414 milyon ton) 5,33 faiz azdır. İxrac olunan neftin ümumi dəyəri 9,444 milyard dollardan çox olub ki, bu da 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 23,82 faiz və ya 2,952 milyard dollar azdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə XİN-dən Merih Demiralın cəzasına münasibət - YENİLƏNİB
15 yaşlı şuşalı qızla Prezidentin dialoqu
Bəşər Əsədin müşaviri qəza nəticəsində öldü

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat