Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94366
az

Zəlzələ mütəxəssisindən XƏBƏRDARLIQ: "Bütün bölgəyə təsir edəcək, 90 min bina dağılacaq..."

01:5027 Avqust, 2023
228
DÜNYA
  • A

Türkiyədə zəlzələ üzrə mütəxəssis professor Şükrü Ersoy "Sabah" qəzetinə açıqlamasında İstanbulda ehtimal olunan zəlzələnin demək olar ki, bütün bölgəyə təsir edəcəyini bildirib.

 

 Məlumata görə, 7,5 bal gücündə zəlzələ zamanı ən azı 90 min bina dağılacaq, 4,5 milyona yaxın vətəndaşın müvəqqəti mənzilə ehtiyacı olacaq.

 

Şükrü Ersoyun sözlərinə əsasən, ola biləcək güclü zəlzələdən xüsusilə Adalar, Avcılar, Baxçelievler, Bakırköy, Beylikdüzü, Büyükçekmece, Küçükçəkməcə, Maltəpə, Tuzla, Üsküdar, Zeytinburnu, Sultanbəyli və ətraf məhəllələr daha çox zərər çəkəcək.

 

İstanbul sakinlərinin hara köçməli olduğu sualını cavablandıran Ersoy “Heç yerə köçməyə ehtiyac yoxdur” cavabını verib. "Biz heç yerə köçməyəcəyik. Olduğumuz yerdə təhlükəsiz yerlər yaradacağıq", - professor deyib.

 

Xatırladaq ki, bundan əvvəl İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu şəhər rəhbərliyinin zəlzələyə hazırlıq planlarını təqdim edərək bunun qaçılmaz olduğunu, lakin təbiət hadisəsinin nə vaxt olacağını dəqiq proqnozlaşdırmağın mümkün olmadığını bildirib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Los-Ancelesdəki yanğınlar 8 milyon insanı TƏHDİD EDİR
İsrail Azərbaycana yeni səfir təyin etdi -FOTO
Mask Los-Angeles DƏHŞƏTİNDƏN YAZDI: "Səbəbi iqlim dəyişikliyi deyil"

Qəza ərazisi simulyatorda göstərildi- Video

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə     ittiham     edilir