Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94348
az

Scholz: Almaniya 2024-cü ildə ÜDM-in 2%-ni müdafiəyə xərcləməyi planlaşdırır

21:0326 Avqust, 2023
173
DÜNYA
  • A

Almaniya kansleri Olaf Şolz Almaniyanın 2024-cü ildə ÜDM-in 2%-ni müdafiəyə xərcləyəcəyini təsdiqləyib.

Oxu24.com xəbər verir ki,O, bu barədə Passauer Neue Presse qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırkı 100 milyard avroluq fond tükəndikdən sonra müdafiə büdcəsi çox güman ki, 25 milyard avrodan çox artırılmalı olacaq.

Bundan əvvəl bildirilmişdi ki, Olaf Şolz hökuməti Almaniyanın müdafiə xərclərini NATO standartına qədər 2%-ə çatdırmaq üçün iddialı planı yerinə yetirmək niyyətindədir.

Müdafiə xərclərinin büdcə və 100 milyard avroluq xüsusi fond hesabına artırılmasının planlaşdırıldığı vurğulanır.

Bundan əvvəl Reuters yazıb ki, Almaniya NATO-nun müdafiə xərclərinə dair planı çərçivəsində öz öhdəliklərindən imtina edib.

Nəşrdə qeyd edildiyi kimi, büdcədən maliyyələşdirmə haqqında qanun layihəsində “təcili olaraq” hərbi ehtiyaclar üçün ümumi daxili məhsulun (ÜDM) illik 2%-nin ayrılması bəndi yoxa çıxıb. Bu dəyişiklik o deməkdir ki, Berlin bir il əvəzinə 5 il ərzində müvafiq məbləğdə vəsait xərcləmək üzrə cari öhdəliyinə diqqətini davam etdirə biləcək.

Bundan əvvəl Hollandiya və Danimarka ABŞ-ın Ukraynaya F-16 qırıcılarının göndərilməsinə icazə verdiyini təsdiqləyib.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Araqçı    Nyu-Yorka   gedir
İsrail və HƏMAS Qəzza ilə bağlı 'yekun' layihəni aldılar
Kreml Putinə həsr olunacaq filmə     reaksiya       verdi

Qəza ərazisi simulyatorda göstərildi- Video

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə     ittiham     edilir