Ukrayna silahlı qüvvələrinin tərəfində Ukrayna münaqişəsində vuruşan Almaniya vətəndaşı əsgərlərinin nə qədər maaş aldığını açıqlayıb.Bu barədə Bild məlumat yayıb.
Oxu24.com xəbər verir ki,Ben Almaniya Silahlı Qüvvələrində xidmət edirdi və hərbi əməliyyatlar başlayandan sonra Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa qərar verib.
Alman izah edib ki, maaş döyüş ödənişi prinsipinə əsasən hesablanır, yəni əsgərin toqquşma xəttində nə qədər vaxt keçirməsindən asılıdır.
"Ayın sonuna qədər təxminən 2000-2500 avro çıxır. Ukrayna üçün bu, kifayət qədər çoxdur", - muzdlu Bild kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, maksimum ödənişləri hər gün döyüşən döyüşçülər alır, onların maaşları ayda 3 min avroya (təxminən 306 min rubl) çatır.
Bundan əvvəl məlum olmuşdu ki, Jitomir vilayətində Ukraynaya məxsus iki L-39 təyyarəsi toqquşub, üç pilot həlak olub. Ukrayna Dövlət Təhqiqat Bürosu onların arasında Qərb mediasında geniş tanınan Djus çağırış nişanlı pilotun olduğunu təsdiqləyib. Bəzi Ukrayna kanalları onu “Kiyevin kabuslarından” biri adlandırıb.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR