Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94327
az

Sensasiya: Priqojinin oxşarı var, onun adından uçur - FOTO

09:5126 Avqust, 2023
367
SİYASƏT
  • A
Yevgeni Priqojinin iyun iğtişaşından sonra Rusiya müstəntiqləri onun evində axtarış apararkən, "Vaqner" rəhbərinin adından uçuş həyata keçirə biləcək oxşarının olduğunu təsdiqləyən sənədlər aşkarlamışdılar.
 
OXU24.COM  bildirir ki, bu barədə "Qardian" məlumat yayıb.
 
Bildirilib ki, sənədlərdə bütün şəxsi məlumatlar Priqojinin idi, yalnız fotodan başqa...
 
Bundan çıxış edən "Nyu York Tayms" isə Priqojinin uçuş zamanı iz azdırmaq üçün oxşarından istifadə edə biləcəyinə diqqət çəkib.
 
Qiyam zamanı Priqojinin evindən çıxan "oxşarının sənədinin" görüntüsü də yayılıb.
 
Qeyd edək ki, 23 avqustda Priqojinin biznes-jeti Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayıb. Priqojin də daxil olmaqla, göyərtədə olan 10 nəfərin hamısı ölüb.
 
Təyyarənin vurulduğu və yaxud daxildən partladıldığı ehtimalı yüksəkdir. Çünki qəzadan öncə şahidlər havada ikən təyyarədə ardıcıl iki partlayış baş verdiyini müşahidə ediblər.
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya 49 məhbusu qaytardı - Zelenski açıqladı
Putindən Qərbə CİDDİ XƏBƏRDARLIQ: "Müvafiq qərarlar qəbul edəcəyik" -VİDEO
NATO-nun Baş katibinə yeni VƏZİFƏ VERİLİR


Qalmaqallı hakim məhkəmə sistemindən QOVULDU -FOTO

18+

Yanan helikopterdən tullanan kişi sağ qalıb
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
“Sakit infarktı” necə tanımalı? Onu heç hiss etməmək mümkündürmü?

Bu ölkənin prezidenti hücuma məruz qaldı: xənçərlə başından vurdular