Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94314
az

ABŞ sanksiyaları yumşaldır

21:1125 Avqust, 2023
113
DÜNYA
  • A

İran Çinə neft tədarükünü artırmaq və ABŞ-ın yanacağın qiymətinin artmasının qarşısını almaq üçün sanksiyaları yumşaltmaq üçün ABŞ-la razılaşıb. Bu qərar Rusiya neftinin Asiyaya tədarükünə təsir edə bilər, çünki Moskva bu istiqamətdə Tehranla rəqabət aparmalı olacaq,

Oxu24.com xəbər verir  ki, bu  barədə Bloomberg yazır.


Birləşmiş Ştatlar 2018-ci ildə “nüvə sazişi”nin dağılmasından sonra tətbiq etdiyi sanksiyaları yumşaldıb və İranın Cənubi Koreyada saxladığı 6 milyard dollarlıq aktivlərinin kilidini açacağını vəd edib.

Agentlik yazır ki, iki ölkə arasında aylarla davam edən gizli diplomatiya həbs edilmiş vətəndaşların mübadiləsi və uranın zənginləşdirilməsini ləngitmək barədə razılaşmaya gətirib çıxarıb və Vaşinqton və Tehran hətta neft axınları ilə bağlı qeyri-rəsmi razılığa gəliblər.

İranın Çinə neft ixracı gündəlik 1,5 milyon barrelə yüksəlib ki, bu da 2018-ci ildən bəri ən yüksək göstəricidir və neftin qiymətinin aşağı düşməsinin səbəblərindən biridir. Öz növbəsində, Rusiya neftinin dəniz yolu ilə tədarükü son bir ayda 2,84 milyon barelə qədər azalıb ki, bu da may ayının ortaları ilə müqayisədə 1,5 milyon barel azdır. Ümumilikdə, bu müddət ərzində Rusiya neftinin Asiyaya tədarükü 30% azalıb.

Nəşrin mənbələrinə görə, İran hasilatı gündəlik 3,6 milyon barrelə çatdırmağı planlaşdırır. 2018-ci ildə sanksiyalar tətbiq olunana qədər ölkədə gündəlik 3,8 milyon barel neft hasil edilib. 2018-ci ilin mayında ABŞ prezidenti Donald Tramp 2015-ci ildə imzalanmış saziş çərçivəsində İrana qarşı qaldırılan sanksiyaların bərpa olunduğunu elan edib. Həmin il noyabrın 5-də İran neftinin idxalına təsir edən məhdudiyyətlər qüvvəyə minib.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada güclü yanğın başladı - VİDEO
ABŞ mediasından Rəsinin qəzası ilə bağlı maraqlı detal
TƏCİLİ! İranın dövlət televiziyası rəsmi məlumat yaydı

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb