Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94313
az

Vaqnerçi”lərin məzarları yerlə-yeksan edilib” – Fotolar

20:5525 Avqust, 2023
166
DÜNYA
  • A

Samara vilayətinin Voljski rayonunun Nikolaevka kəndindəki “Vaqner” özəl hərbi şirkətinin həlak olan üzvləri üçün salınmış qəbiristanlıq sökülür.

Söküntünü əks etdirən fotoları yerli sakinlər 63.ru-ya göndəriblər.

 “Xaçlar və əklillər yığılıb, texnika işləyir, qəbir kurqanları yerlə-yeksan edilib”, - sakinlər bildiriblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Söküntünü həyata keçirənlər sakinlərə bildiriblər ki, “Vaqnerçi”lərin dəfn olunduğu bütün xiyaban betonla doldurulmuş düz əraziyə çevriləcək və hər qəbrin yerində qara piramida ucaldılacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd edək ki, Nikolaevka kəndindəki qəbiristanlıq bir neçə ay əvvəl salınıb. Daha sonra, xiyabanın yanında, açılışında PMC -nin təsisçisi və rəhbəri Yevgeni Priqojinin də iştirak etdiyi abidə qoyulub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bunun PMC üzvləri üçün salınmış yeganə “Şöhrət Xiyabanı” olmadığı bildirilir. Qeyd olunur ki, Jiqulevskdə də oxşar qəbiristanlıq var.

Xatırladaq ki, bu il iyunun 24-nə keçən gecə Yevgeni Priqojin və “Vaqner” komandirlərinin bir hissəsi hərbi qiyama cəhd ediblər. Belə ki, “Vaqnerçi”lər Moskvaya yürüş etmək niyyətində olduqlarını açıqlayıblar, buna görə də paytaxtda antiterror əməliyyatı rejimi elan edilib. Lakin iyunun 25-də –  rəsmi olaraq, Priqojin və Vladimir Putinin adından hakimiyyətlə “Vaqner” PMC arasında münaqişənin həllində vasitəçi olan Belarus Prezidenti Aleksandr Lukaşenko arasında uğurlu danışıqlardan sonra hər şey başa çatıb.

İki gün əvvəl – avqustun 23-də isə sərnişinləri arasında Yevgeni Priqojinin də olduğu şəxsi təyyarə Tver vilayətində qəzaya uğrayıb. Rəsmi təsdiqini tapmasa da, Priqojinin öldüyü bildirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan və Putindən Baş nazirə hücuma REAKSİYA 
Tbilisidə etirazlar davam edir
“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb