Peskov hesab edir ki, Putinin Priqojinin dəfn mərasimində iştirakı barədə danışmaq hələ tezdir.
Oxu24.com xəbər verir ki,Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, biznesmen və “Vaqner PMC” şirkətinin təsisçisi Yevgeni Priqojinin dəfn mərasimində Rusiya lideri Vladimir Putinin mümkün iştirakı barədə danışmaq hələ tezdir.
“Sizinlə hələ ki, lazımi ekspertizaların və istintaqla bağlı zəruri tədbirlərin nə qədər davam edəcəyini bilmirik.Ona görə də indi dəfn və sair tarixlər olmadığı bir vaxtda bu barədə ümumiyyətlə danışmaq mümkün deyil.",- deyə Kremlin sözçüsü bildirib.
Peskovun sözlərinə görə, hazırda prezidentin çox gərgin iş qrafiki var, ona görə də hər hansı ehtimal irəli sürməyin mənası yoxdur.
Xatırladaq ki, avqustun 23-ü axşam saatlarında Tver vilayətində Kujenkino kəndi yaxınlığında qəzaya uğrayan təyyarədə on nəfər olub, hamısı həlak olub. Sərnişinlər arasında biznesmen və Wagner PMC-nin təsisçisi Yevgeni Priqojin də olub. Faktla bağlı BQXK cinayət işi açıb.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR