Vladimir Putin sentyabrda Hindistanda keçiriləcək G20 sammitində iştirak etməyi planlaşdırmır.
Oxu24.com xəbər verir ki,bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Xeyr, prezidentin belə planları yoxdur", - Peskov prezidentin sammitdə iştirakının nəzərdə tutulub-tutulmaması ilə bağlı suala cavab verib.
Dövlət başçısının mətbuat katibi vurğulayıb ki, hazırda prezidentin artıq gərgin qrafiki var.
Xatırladaq ki, G20 sammiti sentyabrın 9-dan 10-dək Hindistanda keçiriləcək.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR